ABŞ Ukraynada kimyəvi silahdan istifadə edib Rusiyanı günahlandıracaq - Rusiya MN

10:29 28.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ Ukraynada hazırlanan kimyəvi silah təxribatının təhqiqatını istəmir, çünki günahı Rusiyanın üzərinə atmağa çalışır. TASS xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Mühafizə Qoşunlarının (RCBZ) rəhbəri İqor Kirillov brifinqdə deyib.

“Onlar gözləyirlər ki, hərbi əməliyyatlar şəraitində beynəlxalq birlik effektiv araşdırma təşkil edə bilməyəcək, bunun nəticəsində əsl təşkilatçılar və icraçılar məsuliyyətdən yayına bilər, günah isə Rusiyaya yerləşdiriləcək”, - deyə general-leytenant bildirib.

O, təxribatın təşkilatçılarının müəyyən edilərək cəzalandırılacağını vurğulayıb. Kirillovun sözlərinə görə, pilotsuz uçuş aparatları vasitəsilə atılan rus qoşunlarına qarşı evdə hazırlanmış sursat dəfələrlə istifadə olunub. Ekspertiza göstərib ki, bu sursatların tərkibində tez alışan oksidləşdiricilər və əlavələr var, onların bir hissəsi Çexiyada istehsal olunub.

Kirillov onu da qeyd edib ki, Vaşinqton Kimyəvi Silahlar Konvensiyası (CWC) üzrə öhdəliklərini seçmə şəkildə yerinə yetirir, kimyəvi maddələri müharibə silahı kimi leqallaşdırır, Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı (OPCW) isə buna göz yumur.