200-ə yaxın ölkədən olan müzakirəçilər iqlim dəyişikliyindən zərər çəkmiş yoxsul ölkələrə kompensasiya ödəmək üçün saziş hazırlayıblar. Müqaviləyə əsasən, Avropa İttifaqı və ABŞ-ın əsas tələbi Çini və digər “böyük çirkləndirici ölkələri” fonda mümkün qədər çox töhfə verməyə məcbur etməkdir. Müqavilə Misirin kurort şəhəri Şarm Əl-Şeyxdə COP27 iqlim sammiti çərçivəsində imzalanıb, Fox News yazır.
Fondun işi ilə bağlı təfərrüatlar hələlik dəqiqləşdirilməyib. Amma artıq məlumdur ki, bu, inkişaf etmiş ölkələrin və beynəlxalq maliyyə institutları kimi digər özəl və dövlət mənbələrinin töhfələri ilə dəstəklənəcək. Aİ ölkələrinin və ya ABŞ-ın fondun işinə sərmayə qoymağı planlaşdırdığı açıqlanmır.
Fond ilk növbədə ən həssas ölkələrə yönəldilsə də, iqlim fəlakətlərindən ciddi şəkildə zərər çəkmiş orta gəlirli ölkələrin də yardım almaq imkanı olacaq.
Detalların 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək iqlim konfransının əsas mövzusu olacağı ehtimal edilir. İndiyə qədər yalnız bir neçə ölkə əhəmiyyətli ödəniş öhdəlikləri götürüb.