Əfqanıstanın xarici işlər naziri Əmir Xan Müttəqi Taliban və ABŞ arasında əsir mübadiləsindən sonra açıqlama verərək, "Əfqanıstan İslam Əmirliyi ABŞ ilə bütün problemləri danışıqlar yolu ilə həll etməyə hazırdır" deyib.
Hafta.az bildirir ki, ABŞ və Taliban arasında əsir mübadiləsi aparılıb. Əfqanıstanın xarici işlər naziri Əmir Xan Müttəqi paytaxt Kabildə verdiyi açıqlamada ABŞ mühəndisi Mark Frerichs və Bəşir NurzaininKabil hava limanında mübadilə edildiyini deyib.
ABŞ ordusunda da xidmət edən Frerichs 2020-ci ildə Əfqanıstandakı missiyası zamanı oğurlanıb. ABŞ rəsmiləri bildiriblər ki, bu iş onların Taliban hökumətinin legitimliyinə qarşı fikirlərinə təsir edib.
Noorzai isə ABŞ-da narkotik ticarətində təqsirli bilinib və 2005-ci ildə federal məhkəmə tərəfindən ömürlük həbs cəzasına məhkum edilib.