Abşeronda 40 yaşlı kişini “tok“ vurub

10:51 21.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 19-u saat 14 radələrində Abşeron rayonu, Ceyranbatan qəsəbə sakini 1982-ci il təvəllüdlü Elməddin Məmmədovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon prokurorluğundan hafta.az-a verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilib ki, Elməddin Məmmədov qonşusuna məxsus fərdi yaşayış evinin dam örtüyünün kəsişmələrinə maye yapışqan vuran zaman dam örtüyünün 1 metr hündürlüyündən keçən elektrik naqilinə toxunması nəticəsində hadisə yerində ölüb.


Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Oxunma sayı 27