Abşeronda avtomobil yanıb

23:31 30.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Mehdiabad qəsəbəsində yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilin yanması barədə ilkin məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.