Abşeronda mikroavtobus yanıb

11:10 02.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeron rayonunda mikroavtobus yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, Abşeron rayonunun Xırdalan şəhərində "Mercedes" markalı mikroavtobusun yanar hissələri yanıb. Yüksək temperaturdan yaxınlıqdakı mağazanın şüşəsi sınıb. Mağaza yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.