Yazını böyüt
Yazını kiçilt
Abşeronda ümumi sahəsi 124 m² olan qazanxanada yanğın olub.
Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Abşeron rayonunda ümumi sahəsi 124 m² olan qazanxananın yanar konstruksiyaları 40 m² sahədə yanıb. Qazanxananın qalan hissəsi və yaxınlıqdakı istixana yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.