Abxaziya-Gürcüstan-Rusiya münasibətlərinin yeni bir elementi formalaşmaqdadır – Tofiq Zülfüqarov

19:50 19.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Görəsən, son günlər Abxaziyada reallıqda nə baş verir? Rusiyanın “müstəqilliyi”ni tanıdığı bu qurum ərazisində, nə əcəb, “FSB”-nin, Rusiya Xarici Kəşfiyyat Xidmətinin nəzarətindən kənar proseslər baş qaldırıb və müxalifət kütləvi etirazlarla, demək olar ki, separatçı qurum rəhbərliyinin istefasına nail olub?..

Mövzu ilə bağlı hafta.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bunları söyləyib.

“Hesab edirəm ki, hazırda Abxaziya-Gürcüstan-Rusiya münasibətlərinin yeni bir elementi formalaşmaqdadır. Və orada dəqiq olaraq Abxaziyanın müstəqilliyini istəyən, yaxud bu ərazinin yenidən de-fakto Gürcüstana birləşdirilməsinə çalışan hansısa bir qurum olmayacaq.  Sadəcə danışıqlara və bu mövzunu müzakirə etməyə bir tərəf kimi hazır olan bir qurum lazımdır. Çünki əminəm ki, bu proseslərin nəticəsində bu və digər formada Gürcüstan-Abxaziya ilə bağlı Cenevrə prosesi, yəni oradakı münaqişəni tənzimləmək üçün Minsk qrupuna bənzər bir qrup bərpa olunacaq. Bu halda müstəqilliyi elan edən tərəf kimi yox, müstəqilliyə iddialı tərəf kimi   çıxış edən və Gürcüstanla danışıqları aparan bir qurum həmin tənzimləmə prosesində iştirak edəcəkdir. Nəticə olaraq Rusiya və Qərb bu meydanda da ənənəvi regional oyunları davam etdirəcəklər. Təxminən ərazi bütövlüyümüzün bərpasından öncə Xankəndindəki separatçı mütrüflərin dövründə olduğu kimi uzunmüddətli nəticəsiz bir proses gedəcək...”