Ad, soyad və ata adının dəyişdirilməsi halları çoxalıb

12:08 01.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı Nazirliyə olan müraciətlərin sayında artım müşahidə olunur.

 

Hafta.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin əməkdaşı Nahid Səfərli deyib.

O qeyd edib ki, cari ildə 8000-ə yaxın şəxsin soyad sonluğu milliləşdirilib. Müstəqillik qazandığımız gündən bu günədək isə 1 milyon 200 minə yaxın şəxsin soyad sonluğu dəyişdirilib.