Aeroflot "yataq biletləri" satmağa başladı

11:45 31.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın “Aeroflot” aviaşirkəti “Sleep+” adlı xidmət çərçivəsində bir sərnişinə birdən çox yer satmağa başlayıb. Uçuş zamanı yatmaq istəyən sərnişinlər bu yolla oturacaq qrupunu bağlaya biləcəklər.

Hafta.az-ın yazdığına görə, xidmətə görə əlavə haqq oturacaqların düzülüşündən asılı olaraq 21500-32500 rubl (237-358 dollar) arasındadır.

“Sleep+” xidməti ilk dəfə 13 saatlıq Moskva-Varadero (Kuba) reysində istifadəyə verilib. Bir səfər üçün biletin qiyməti normal olaraq 160 min rubl (1766 dollar) civarındadır.

Məsələni işıqlandıran “Moskvicmag” yazır ki, xidmət yalnız təyyarədə boş oturacaqlar olduğu təqdirdə satılır.

Xidmətdən yararlanmaq istəyən sərnişinlərə yastıq, odyal və döşək də verilir.