Yazını böyüt
Yazını kiçilt
Ağ Ev Çinin Ukrayna ilə bağlı “sülh planı”nı şərh edib. ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan deyib ki, Çin birinci nöqtədə dayana bilər, yəni bütün xalqların suverenliyinə hörmət, CNN xəbər verir.
Ukraynadakı müharibənin "sabah bitə biləcəyini" deyən Sullivan "Yaxşı, buna ilk reaksiyam odur ki, Rusiya Ukraynaya hücumu dayandırsa və qoşunlarını çıxarsa onlar birinci nöqtədə dayana bilərlər, bu da bütün xalqların suverenliyinə hörmətdir".
“Ukrayna Rusiyaya hücum etmədi, NATO Rusiyaya hücum etmədi, ABŞ Rusiyaya hücum etmədi. Bu, Putinin başladığı seçim müharibəsi idi”, - ABŞ prezidentinin müşaviri bildirib.