Yazını böyüt
Yazını kiçilt
Qarqarçay çayının Ağcabədi şəhəri ərazisindən keçən hissəsində batan 1 nəfərin axtarışları başa çatıb.
Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildirilib ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində batan şəxsin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.