Ağcabədidə tibb məntəqəsi yanıb

10:00 29.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağcabədi rayonunun Avşar kəndində ümumi sahəsi 480 m² olan kənd tibb məntəqəsi kimi fəaliyyət göstərən birmərtəbəli 21 otaqdan ibarət tikilinin dam örtüyü 200 m² sahədə, 1 otağının (məcburi köçkün məskunlaşıb) yanar konstruksiyaları 20 m² sahədə və qismən 18 otağının yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxunma sayı 31