Ağdam-Əsgəran yolundan son GÖRÜNTÜLƏR-VİDEO

21:00 12.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qarabağ iqtisadi rayonu ərazisində işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrdən biri sayılan Ağdam-Əsgəran avtomobil yolunun inşasına başlanılıb.

Hafta.az xəbər verir ki, bununla bağlı Azərbaycan Televiziyası (AzTV) reportaj hazırlayıb.

Qeyd edilib ki, sözügedən avtomobil yolunda torpaq və qrunt işlərinə start verilib.

O da bildirilib ki, Ağdamda şəhərdaxili avtomobil yollarının tikintisi sürətlə davam etdirilir. İnşa edilən şəhərdaxili yollarda öncə su, kanalizasiya, rabitə və qaz xəttləri çəkilir.

 

Ətraflı süjetdə: