Ağdamda insan sümüklərinə bənzər sümük fraqmentləri aşkarlanıb

16:52 15.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdam rayonunda minatəmizləmə işləri zamanı insan sümüklərinə bənzər sümük fraqmentləri aşkarlanıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı araşdırma aparılır.

“İyulun 14-ü Ağdam rayonunun işğaldan azad olunmuş Sarıcalı kəndi ərazisində minatəmizləmə işləri aparılan zaman insan sümüklərinə bənzər sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır”, - məlumatda qeyd edilib.