Ağdaş sakinindən qanunsuz odlu silah götürülüb

13:25 27.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkar edilərək götürülməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı rayonun Aşağı Ləki kənd sakini Elim Abdullayevdən müvafiq sənədləri olmayan “Toz” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 81