Ağstafada ağır qəza baş verib, 3 nəfər ölüb

15:48 29.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağstafada ağır qəza baş verib, 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Ağstafa Rayon Polis Şöbəsinin Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

 

"Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar nəticəsində Toyota və VAZ 2107 markalı avtomobilin toqquşması, Toyota markalı avtomobilin 6 sərnişinin yaralanması, VAZ 2107 markalı avtomobildə olan 5 nəfərdən 3-nün ölməsi məlum olub. Yaralılar xəstəxanaya yerləşdirilib, faktla bağlı əlavə məlumat veriləcək", - deyə o, əlavə edib.