Ağsu sakinindən odlu silah götürülüb

23:29 30.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağsu sakinindən qanunsuz saxladığı odlu silah götürülüb.

DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Çaparlı kənd sakini Cümşüd Ayadovdan müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngi götürülüb.

Həmin şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.