Ali Yerlikaya nöqtəni qoydu: “Turist kimi gələnlər yaşayış icazəsi ala bilməz”

09:42 16.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin daxili işlər naziri Ali Yerlikayanın yeni immiqrasiya siyasəti ilə bağlı “Sabah”a verdiyi müsahibə Rusiya mətbuatında da əks-səda doğurub. Yerlikaya bildirib ki, Türkiyəyə turist kimi daxil olanlara yaşayış icazəsi verilməyəcək.

Hafta.az-ın yazdığına görə, nazir deyib: "95 ölkədən Türkiyəyə vizasız gələ bilərsiniz. Turist kimi girib 6 ay səyahət edirsiniz. Sonra "Mən oturma icazəsi almaq istəyirəm" deyirsiniz. Bizim siyasətimiz belədir: “Mən çoban işləmək istəyirəm" deyə bilməzsiniz.

Yerlikaya İmmiqrasiya İdarəsində növbələrin bitəcəyini də bildirib. Daxili işlər naziri deyib: "İmmiqrasiya orqanlarında növbələr olmayacaq. Biz yeni layihəyə başlamışıq. Artıq yaşayış icazələrini notariuslardan almaq olar. 100 mindən çox əcnəbi tələbənin yaşayış icazəsi universitetin tələbə işlərindən veriləcək. oxuduqları universitetlər də kəşfiyyat və digər alqoritmləri nəzərə alaraq prosesi tamamlayacaq".

Yerlikaya son olaraq bildirib ki, ABŞ və İngiltərədə olduğu kimi ölkəyə daxil olarkən əcnəbilərdən barmaq izlərinin götürülməsi planlaşdırılır.