Almaniya Kansleri Fridrix Merts Avropa İttifaqının (Aİ) növbəti çoxillik büdcəsinin əhəmiyyətli dərəcədə azaldılmasının tərəfdarı olduğunu bildirib.
Hafta.az xəbər verir ki, Merts Brüsselin 2028–2034-cü illəri əhatə edən büdcə layihəsinin hazırkı formada qəbuledilməz olduğunu və yüz milyardlarla avro həcmində ixtisarların zəruri sayıldığını vurğulayıb.
Onun sözlərinə görə, Aİ xərcləri daha balanslı bölüşdürməli, vəsaitlər isə ilk növbədə rəqabətqabiliyyətinin artırılması və strateji prioritetlərə yönəldilməlidir.
Almaniya hökuməti hesab edir ki, mövcud təklif üzv dövlətlər üçün həddindən artıq maliyyə yükü yaradır. Merts ilin sonunadək büdcə üzrə razılığın əldə olunmasının vacibliyini qeyd edib. Çünki yeni maliyyə çərçivəsinin vaxtında qəbul edilməsi Aİ-də uzunmüddətli planlaşdırma və sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.