"Sabah" III təsnifat mərhələsində

21:01 28.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan çempionu "Sabah" bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxıb.

Hafta.az xəbər verir ki, komandamız Finlandiyada "KuPS"un qonağı olub. 

"Sabah" 2:0 hesabı ilə qalib gələrək 3-cü təsnifat mərhələsinə yüksəlib. Bununla da komanda ən azı Konfrans Liqasında Liqa mərhələsini təmin edib.

UEFA Çempionlar Liqası

3-cü təsnifat mərhələsinin cavab oyunu

"KuPS" (Finlandiya) - "Sabah" (Azərbaycan) - 0:2 

Qollar: Velko Simiç, 53, Coy-Lens Mikels, 70

İlk oyun - 0:1