Almaniya da İrana çağırış etdi

09:08 10.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Almaniyanın xarici işlər naziri Yohan Vadeful və iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı olub.

Hafta.az xəbər verir ki, bu barədə Y.Vadeful X platformasındakı hesabında məlumat verib.

O, telefon söhbətində İranı atəşkəsə əməl etməyə, konstruktiv danışıqlara qoşulmağa və Hörmüz boğazı vasitəsilə azad və təhlükəsiz gəmiçiliyi təmin etməyə çağırdığını vurğulayıb.