Yazını böyüt
Yazını kiçilt
Almaniya İqtisadi Tədqiqatlar İnstitutunun (DIW) prezidenti Marsel Fratzscher Rheinische Post qəzetinə müsahibəsində bildirib ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatı və bunun nəticəsində Avropada elektrik enerjisi xərclərinin artması nəticəsində Almaniya keçən il 100 milyard avro itirib.
Ekspertin fikrincə, bu, iqtisadiyyatın məhsuldarlığının təxminən 2,5%-ni təşkil edir və növbəti illərdə də bu xərclər artmaqda davam edəcək.
Fratzscher qeyd edib ki, Almaniya böhrandan xüsusilə ağır zərbə alıb, “çünki o, Rusiya enerjisindən daha çox asılıdır, həmçinin enerji tutumlu sənayenin yüksək payına malikdir və ixracdan və qlobal təchizat zəncirlərindən çox asılıdır”.