Yazını böyüt
Yazını kiçilt
Almaniya kansleri Olaf Şolz Ukraynanın baş naziri Denis Şmıqalın əlavə hərbi yardım tələbini rədd edib.
Hafta.az bildirir ki, bu barədə “Die Welt” qəzeti Ukrayna hakimiyyətinə istinadən yazır.
Söhbət Almaniyanın “Leopard-2” tanklarının Kiyevə göndərilməsindən gedirdi. Bunun üçün əsas alman istehsalçısı Krauss-Maffei Wegmann (KMW) tərəfindən cəmi 1,55 milyard avro dəyərində tankların tədarükü təklifi olub.
İlk tanklar müqavilə bağlandıqdan 36 ay sonra təhvil verilə bilər. Olaf Scholz ixrac lisenziyasının verilməsini təsdiqləməkdən imtina edib, DW yazır. Nəşr vurğulayır ki, Scholz əlavə hərbi yardımla bağlı mövqeyini dəyişməyə "hazır olmadığını" göstərib.