Almaniya yeni baza yaradır

08:06 01.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Almaniya hökuməti “Arrow” hava hücumundan müdafiə sistemi üçün ölkənin cənubunda – Bavariya əyalətinin Kaufboyren bölgəsində yeni dislokasiya mövqeyinin yaradılması barədə qərar qəbul edib.

Hafta.az xəbər verir ki, Almaniya Müdafiə Nazirliyinin məlumatında yeni obyektin daha əvvəl Brandenburq əyalətinin Şönevalde şəhərində yaradılması planlaşdırılan mövqeni tamamlayacağı və Almaniyanın ballistik raketlərdən müdafiə imkanlarını gücləndirəcəyi bildirilir.

Məlumatda qeyd olunub ki, “Arrow” sistemi 100 kilometrdən yuxarı hündürlükdə ballistik raketləri aşkarlayıb kinetik zərbə ilə məhv etmək imkanına malikdir. Sistem mülki əhalinin, kritik infrastrukturun və Silahlı Qüvvələrin müdafiəsinə xidmət edən tam müdafiə xarakterli vasitədir. Bununla yanaşı, o, NATO-nun müdafiə planları çərçivəsində Almaniyanın müttəfiq qüvvələrin qəbul edilməsi, tranziti və təminatında mühüm logistika mərkəzi kimi rolunun qorunmasına da töhfə verəcək. Kaufboyren bölgəsi coğrafi xüsusiyyətlərinə görə yeni hava hücumundan müdafiə mövqeyinin yerləşdirilməsi üçün optimal ərazi hesab olunub.