Mbappe qol sayına görə Messini ötüb

08:45 01.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransa millisinin hücumçusu Kilian Mbappe 2026-cı il futbol üzrə dünya çempionatında ən çox qol vuran oyunçular siyahısında birinci yerə yüksəlib.

Hafta.az xəbər verir ki, 1/16 final mərhələsində İsveçə qarşı keçirilən oyunda vurduğu iki qol Mbappenin turnirdəki ümumi qol sayını səkkizə çatdırıb.

Onun hesabında ümumilikdə 6 qol və 2 məhsuldar ötürmə var. Bu göstərici ilə fransalı hücumçu Argentina millisinin kapitanı Lionel Messini qabaqlayıb. Messinin aktivində 6 qol var və heç bir məhsuldar ötürməsi qeydə alınmayıb.

Bununla belə, Argentina millisinin turnir çərçivəsində Kabo-Verde ilə daha bir oyunu qaldığından, siyahıda dəyişiklik ehtimalı hələ qalır.

Xatırladaq ki, 2026-cı il futbol üzrə dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir və turnirin iyulun 19-da başa çatması nəzərdə tutulur.