Almaniyada nüvə enerjisinə əlvida – sonuncu AES bağlandı

10:50 17.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Solçuların, ətraf mühit fəallarının, nüvə enerjisi əleyhdarlarının və Almaniyada əsasən “68-ci nəsil” kimi tanınan Yaşıllar Partiyasının ən böyük arzularından biri gerçəkləşib. 1961-ci ildən enerjisinin bir hissəsini atom elektrik stansiyalarından təmin edən ölkə, şənbə günü gecə yarısı Aşağı Saksoniyada Emsland, Bavariyada Isar 2 və Baden-Vürtemberqdə Neckarwestheim-in bağlanması ilə nüvə enerjisi dövrünə son qoyub.

Hafta.az-ın yazdığına görə, ilk nüvə enerji mərkəzi olan Kahl atom elektrik stansiyası 1961-ci ildə istifadəyə verilmişdi. 1986-cı ildə Çernobıl faciəsindən sonra elektrik ehtiyacının 25 faizini, 2000-ci illərin əvvəllərində isə cəmi 20 atom elektrik stansiyasından qarşılayan Almaniyada nüvə texnologiyasına qarşı daimi bir şübhə yaranmışdı. Daha sonra, 2011-ci ildə Yaponiyada baş verən Fukusima nüvə fəlakətindən sonra, keçmiş kansler Angela Merkelin hakimiyyəti dövründə nüvə enerjisindən tamamilə imtina etmək və 31 dekabr 2022-ci ilə qədər bütün atom elektrik stansiyalarının mərhələli şəkildə bağlanması qərara alınıb.

Bu qərardan sonra Rusiya ilə enerji müqavilələri bağlayan və stansiyalarını mərhələli şəkildə bağlayan Almaniyada ötən il Rusiya-Ukrayna müharibəsi səbəbindən başlayan enerji böhranını aradan qaldırmaq üçün bir müddət açıq qalan son 3 AES-in də gündəmə gəlib. Yaşıllar buna qarşı mövqe tutsa da, Olaf Scholz 17 oktyabr 2022-ci ildə baş nazirliyindən istifadə edərək, üç atom elektrik stansiyasının 15 aprel 2023-cü ilə qədər fəaliyyət göstərməsini əmr etmişdi. Birləşmiş gücü 4 giqavat olan və keçən il Almaniyanın elektrik enerjisi istehsalına 6 faiz töhfə verən üç atom elektrik stansiyasının qapılarının şənbə gecəsi bağlanması ilə dövr başa çatıb.

Nüvə əleyhdarları, xüsusən də Yaşıllar Partiyasının tanınmış simaları son üç AES-in bağlanmasını enerji siyasətlərində böyük dönüş nöqtəsi kimi xarakterizə ediblər. Yaşıllar Partiyasından İqtisadiyyat və İqlim Mühafizəsi Naziri Robert Habeck Almaniyanın enerji təchizatı təhlükəsizliyinin təmin edildiyini və ölkənin 2030-cu ilə qədər günəş və külək kimi bərpa olunan enerjinin yüzdə 80-ə sahib olacağını bildirib. Atom elektrik stansiyalarının da müharibə səbəbiylə risk yaratdığını vurğulayan Almaniyanın Ətraf Mühit Naziri Şteffi Lemke, "Rusiyanın Ukraynadakı atom elektrik stansiyalarının bombalandığı və hərbi qarşıdurmaların hədəfinə çevrildiyi bir vəziyyətlə qarşı-qarşıyayıq. Atom elektrik stansiyaları heç vaxt belə bir vəziyyət üçün.layihələndirilməyib”, - deyib. Lemke qeyd edib ki, nüvə stansiyalarının bağlanması ilə Almaniya daha təhlükəsiz olub.

Müxalifətdəki Xristian Demokrat Birlik Partiyaları (CDU/CSU) isə elektrik stansiyalarının bağlanmasının əleyhinədir. Birlik partiyalarının Federal Məclis Qrupunun sədri Fridrix Merz nüvə stansiyalarının bağlanmasını “Almaniya üçün qara gün” kimi qiymətləndirərək, dünyada 400 atom elektrik stansiyasının olduğunu və 60 yeni elektrik stansiyasının tikildiyini xatırladaraq, “Hökumət Almaniyada fəaliyyət göstərən atom elektrik stansiyalarını bağlayır, bu məntiqsizliyi başa düşmək olar, yox”. Bavariya əyalətinin kansleri və Xristian Sosial Birlik Partiyasının (CSU) sədri Markus Söder CDU ilə hakimiyyətə gəlsələr, atom elektrik stansiyalarını yenidən işə salacaqlarını bildirib.

İctimai rəy sorğuları Almaniyada əhalinin böyük bir hissəsinin elektrik stansiyalarının bağlanmasına qarşı olduğunu üzə çıxarıb. Atom elektrik stansiyalarının bağlanması səbəbindən enerji təchizatındakı darboğazlar və artan enerji qiymətləri qorxuya səbəb olarkən, anketlərə qatılanlar nüvə stansiyalarının istifadəsinin genişləndirilməsi lehinə mövqe nümayiş etdirdilər. Lakin koalisiya hökumətindəki liberal FDP Partiyasının maliyyə naziri Kristian Lindnerin dediyi kimi, Almaniya son üç atom elektrik stansiyasını şəbəkədən çıxararaq “nüvə enerjisində geridönməz prosesə başlayıb”. Növbəti dövrdə qapalı reaktorlar soyuduqdan sonra elektrik stansiyalarının sökülməsinə başlanılacaq. Mütəxəssislərin hesablamalarına görə, AES-in sökülməsi prosesi təxminən 15 il çəkəcək.