Almaniyanın Ulm Universiteti Xəstəxanasında edilən yazılı açıqlamada, saxlama müddəti ötmüş məhsulların Türkiyə və Suriyadakı zəlzələ bölgələrinə göndərilməsi üçün toplanması çağırışı mənfi reaksiya doğurub. Xəstəxana rəhbərliyi reaksiyalara görə bunun rəsmi açıqlama olmadığını bildirərək üzr istəyib.
Kahramanmaraşda baş verən zəlzələlərdən sonra Türkiyə və Suriyaya yardım kampaniyalarının təşkil edildiyi Almaniyada bir xəstəxanada edilən açıqlama reaksiyalara səbəb olub.
Baden-Vürtemberdəki Ulm Universitet Xəstəxanasından verilən yazılı açıqlamada, istifadə müddəti bitmiş və ya atılmalı olan materialların zəlzələ bölgələrinə göndərilə biləcəyi bildirilib.
"Müxtəlif səbəblərdən istifadə müddəti bitən və ya zay olan hər şeyi toplaya bilərsiniz", - elanda deyilir.
Bu açıqlama həm Türkiyə, həm də Almaniya vətəndaşlarının reaksiyasına səbəb olub. Twitter istifadəçiləri xəstəxanaya 'insanlığın haradadır?' soruşub.
Sosial mediadakı reaksiyalar uçqun kimi böyüdükdən sonra Xəstəxana yazılı açıqlama vermək məcburiyyətində qalıb.
Edilən açıqlamada sözügedən yardım kampaniyasının xəstəxana tərəfindən təşkil olunmadığı qeyd edilib və “Elan universitet xəstəxanamızın rəsmi məktubu deyil. Sözügedən mətn daxili yazışmada elektron poçtdan götürülüb. Anlaşılmazlığa görə çox üzr istəyirik”.
Açıqlamanın davamında xəstəxananın mövzu ilə bağlı fəaliyyəti haqqında məlumat verilib.
“Hazırda istifadə müddəti bitmiş, lakin tam işlək, yüksək keyfiyyətli və orijinal qablaşdırılan sarğılar, mədə boruları və ya kateterlər xəstəxana məntəqələrində yığılır. Tərkibində heç bir dərman olmadığı açıq şəkildə ifadə edilən bu materiallar böhranlı bölgələrə dəstək üçün bəzi təşəbbüslərə ötürülür. İstifadə müddəti bitmiş materiallar və xəstəyə qulluq üçün lazım olan materiallar xəstəxana tərəfindən üçüncü şəxslərə verilə bilməz".