Yeni casus komediya “Mr. & Mrs. Smith” yaxşı bir başlanğıc edib, Oskar qazanan filmləri və hit HBO dramını qabaqlayıb.
Hafta.az-ın yazdığına görə, Atlanta yazıçısı Franseska Sloane və Donald Qlover tərəfindən yaradılan 8 epizoddan ibarət serial Ancelina Coli və Bred Pittin baş rolları oynadığı 2005-ci ildə çəkilmiş “Doug Liman” filminin televiziya uyğunlaşmasıdır.
40 yaşlı Qlover və amerikalı aktrisa Maya Erskinin evli cütlük kimi görünən iki casus oynadığı hekayə, bu təhlükəli işin onların münasibətlərinə necə təsir etdiyini göstərir.
“Reelgood”, “Mr. & Mrs. Smith”in fevralın 7-də bitən həftə ərzində yayımlanan film və seriallar siyahısında birinci yerdə olduğunu təsdiqləyib.
300-dən çox pulsuz və ödənişli yayım platformasını bir araya gətirən proqram “Reelgood”un saytına görə, “Mr. & Mrs. Smith” Oskar mükafatına namizəd olan “The Holdovers, Past Lifes” və “Killers of the Flower Moon” kimi filmləri qabaqlamağı bacarıb.
Casus komediya eyni zamanda çox baxılan HBO istehsalı “True Detective” və Netflix seriyası “Griselda 4”ü də geridə qoyub.
Komediya ilə hərəkəti birləşdirən serial, tənqidçilərin fikrincə, “yazı, aktyorluq və rejissorluğun uğurlu birləşməsidir”.
Aleksandr Skarsgårddan Ron Perlmana qədər ustadlardan ibarət heyəti ilə diqqət çəkən serial 1 fevralda Amazon Prime Video-da yayımlanıb.
“Rotten Tomatoes” icmal toplama saytında 100-dən 89-dan yüksək bal almağı bacaran serialın uğurlu ilk sezonu sayəsində davam etməsi gözlənilir.