Amerika dolları milyarderləri anti-"sentimental" universitet üçün hərəkətə keçdilər.
Hafta.Az-ın “Wall Street Journal”a istinadən yazdığına görə, iş adamı Ceff Yass, daşınmaz əmlak agenti Harlan Krou və investor Len Blavatnik kimi milyarderlərin yeni açılan Ostin Universitetinə (UATX) ianə etdiklərini yazır.
Respublikaçılar Partiyasının əhəmiyyətli donorlarından olan Krou, universitetin "ideoloji müxtəliflik" təmin edəcəyini müdafiə edir və deyir: “Bu gün ali təhsilin çoxu Qərb sivilizasiyasının nailiyyətlərini tamamilə rədd etmək istəyir”.
Məktəbin ən böyük donoru olan Yass da universitetin yaxşı rəqabət mühiti yaradacağını müdafiə edir və deyir: "Ali təhsilin rəqabətə ehtiyacı var. Amerika təhsil müəssisələrinin qurulmasına uyğun olaraq xeyriyyəçilərin yeni kolleclər açmasının vaxtı çatıb".
Yass məktəbə 35 milyon dollar bağışlayıb. UATX-ə ümumi ianə 200 milyon dollara çatıb. Xəbərdə bunun “hələ məzun yetişdirməyən kiçik məktəb üçün böyük məbləğ” olduğuna diqqət çəkilir.
Həmçinin bildirilir ki, İlon Maskın “SpaceX” və “Boring Company” şirkətlərinin rəhbərləri məktəbin mühəndislik kurikulumunun hazırlanmasına öz töhfələrini veriblər.
Texas ştatının Kapitolunun yaxınlığındakı binada açılan məktəb keçən ay ilk tələbələri ilə təhsilə başlayıb. Partiyasız olduğunu iddia edən universitet öz missiyasını “həqiqət dalınca qorxmadan qovmaq” kimi xarakterizə edir.
Kurikulum klassik mətnləri sahibkarlıqla birləşdirir. Xəbərdə qeyd olunur ki, Homerin Odisseyası tələbələrə qeydiyyat zamanı verilib. Universitetin sosial media hesablarında paylaşılan tanıtım videosunda ABŞ-ın nüfuzlu məktəblərinin kampuslarında Fələstinə dəstək nümayişlərinin görüntüləri yer alıb. Video “Onlar yandırır, biz tikirik” mesajı ilə bağlanır.
UATX-nin donorları arasında olan yəhudi investor Blavatnik, ötən il oktyabrın 7-də Həmas tərəfindən təşkil edilən “Əl-Əqsa tufanı” hücumundan sonra Harvarda 1 milyon dollar bağışladı. Blavatnik Qəzzaya dəstək aksiyalarından sonra ianələri kəsdiyini açıqlayıb. Məktəbin ilk şagirdlərinə 130 min dollar dəyərində tam təqaüd verildi. Qeydiyyatdan keçən tələbələrin 40 faizindən çoxu Texasda yaşayır, üçdə biri isə qadınlardır.