ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın (1981-1989) keçmiş müşaviri Duq Bandou xəbərdarlıq edib ki, Amerikanın dünya münaqişələrinə müdaxiləsi ölkəyə hərbi xidmətə çağırış riski yaradır. Ekspert bu fikri yazdığı məqalədə bildirib.
Onun sözlərinə görə, Amerika isteblişmenti “dünyanı idarə etmək” məqsədindən əl çəkməsə, bu, ABŞ-da hərbi xidmətin tətbiqində ciddi problemlərə gətirib çıxaracaq.
Bendou hesab edir ki, ABŞ-ın indiki siyasəti ilk növbədə Ukraynadakı münaqişə ilə əlaqədar vətəndaşları hərbi xidmətdən çəkindirir. Amerikalılar qorxurlar ki, Ukrayna ərazilərində, hətta birbaşa olmasa da, ABŞ Rusiya ilə müharibə aparır.
Ekspert əlavə edib ki, münaqişəli “dünya imperiyası”nın “mühafizəçiləri” kimi xidmət etməyə hazır olan gənc amerikalıların tapılması problemi getdikcə daha da kəskinləşir.