Amnistiya 4 aya icra ediləcək

17:50 02.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Amnistiya Aktını tətbiq etmək üçün nəzərdə tutulmuş orqanlar qərar qüvvəyə mindiyi gündən 4 ay müddətində amnistiyanın tətbiqini təmin etməlidir.

 

Hafta.az-ın məlıumatına görə, bu, “8 Noyabr - Zəfər Günü münasibəti ilə Amnistiya Aktının elan edilməsi haqqında” qərar layihəsində qeyd olunub.

 

Layihəyə əsasən, Amnistiya Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası Məcəllələrinin tələblərinə uyğun olaraq, cəzaçəkmə müəssisələri, intizam xarakterli hərbi hissənin və hərbi hissələrin komandanlığı, təhqiqat və ya ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən tətbiq ediləcək.