Amnistiya aktı ən çox bu yaş qrupunda olanlara tətbiq edilib

15:43 06.12.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Amnistiya aktı ən çox 31-40 yaş həddində olan insanlara tətbiq edilib ki, bu da ümumi yaş kateqoriyalarının 35 faizini təşkil edir.

Hafta.az-ın məlumatına görə, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev bu gün “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın prokurorluq orqanları tərəfindən icrasına dair keçirilən brifinqdə deyib.

O bildirib ki, digər yaş kateqoriyalarına da amnistiya aktı tətbiq edilib.

Qeyd edək ki, noyabrın 5-də Milli Məclis Zəfər Günü ilə bağlı amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Qərar qəbul edilən gündən qüvvəyə minib.

Amnistiya aktının ümumilikdə 15 min nəfərə şamil olunması gözlənilir.

Oxunma sayı 25