Yazını böyüt
Yazını kiçilt
Amnistiyanın qadınlara, müharibədə iştirak edən insanlara, 60 yaşdan yuxarı olanlara, uşağı xəstə olanlara şamil edilməsi, təbii ki, mütərəqqi addımdır.
Bu fikirləri hafta.az-a Hüquq müdafiəçisi və Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib:
“Biz bu Amnistiya aktı ilə bağlı addımı dəstəkləyirik. Çox sağ olsunlar, minlərlə insan öz ailələrinə qayıdacaq”.
N.Cəfəroğlu hesab edir ki, proses siyasi motivlə həbs olunanlara, hüquq müdafiəçilərinə də şamil oluna bilər.
“Bu Zəfər günü ərəfəsində verilən amnistiya millətin bir-birni dəstəkləməsi, barış, humanist addımdır”.