Ana dili dərsliklərini ədəbiyyatçı yazmamalıdır - Dilçilik İnstitutunun baş direktoru

17:56 21.02.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Ana dili dərsliklərini dilçilərin hazırlamağı daha məqsədəuyğun olardı, nəinki ədəbiyyatçıların yazmağı.

Bu fikirləri hafta.az-a AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli deyib:

“Ədəbiyyatçı dil üçün dərslik yazır. Belə hallara diqqət yetirmək lazımdır. Dərsliklər eyni adamların yazdıqlarıdır, alternativ yoxdur.  Təbii ki, eyni müəllif də hər dəfə eyni şeyləri yazacaq. Baxsanız görərsiniz ki, qrammatik normalar necə qeyd olunur. Ədəbiyyatçı bunu həll edə bilməz. Hazırda orta məktəb dərsliklərinə nəzər salsaq görərik ki, orada necə xoşagəlməz hallar var. Yaxşıları da var, ancaq biz bütün hallarda doğru olanı açıq şəkildə söyləməliyik. Dilə dilçi rəhbərlik etməlidir, ədəbiyyata ədəbiyyatçı... Dilçilik İnstitutunun fəaliyyətinə gəldikdə isə deyə bilərəm ki, burada dilimizlə bağlı bütün məsələlər zamanında həll olunur”.