Ana və iki azyaşlı övladını öldürən şəxsə ömürlük cəza verildi

19:41 16.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ana və iki azyaşlı övladını qətlə yetirməkdə təqsirli bilinərək ömürlük məhkum edilmiş Əhəd Əliyevlə bağlı hökmdən verilmiş şikayətə baxılıb.

Bakı Apellyasiya Məhkəməsində hakim Fərid Əyyubovun sədrliyi ilə baxılan iş üzrə qərar elan olunub.

Qərara əsasən, Əhəd Əliyevin şikayəti əsassız sayılaraq rədd olunub, birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb. Yəni məhkəmə Ağır Cinayətlər Məhkəməsinin Əhəd Əliyev barədə çıxartdığı ömürlük həbs qərarını qüvvədə saxlayıb.