Ana və oğul 384 SAAT SONRA XİLAS EDİLDİ - MÖCÜZƏ

18:51 21.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Malatyada Kahramanmaraş mərkəzli zəlzələdə 11-ci mərtəbədəki evləri ciddi ziyan görən və xəstəlikləri səbəbindən çölə çıxa bilməyən Güllü xala və oğlu 384 saatdan sonra yanğınsöndürənlər tərəfindən xilas edilib.

Əldə edilən məlumata görə, Yeşilyurt rayonunun Bostanbaşı məhəlləsində 14 mərtəbəli mənzilin 11-ci mərtəbəsində oğlu Hanifi Akgün (70) ilə birlikdə yaşayan 90 yaşlı Güllü Akgün evində tapılıb.

Güllü xala xəstəliyi səbəbindən evdən çıxa bilməyəndə oğlu anasının yanında qalıb, ona qulluq edib. Zəlzələ sonrası araşdırmalarda ciddi ziyan gördüyü təsbit edilən binada yaşamağa davam edən ana və oğul, məhəllə muhtarı tərəfindən Böyükşəhər Bələdiyyəsi Xilasetmə Dairəsinin Başçısı Mustafa Katipoğlunun koordinasiya etdiyi 30 dəqiqəlik iş ilə xilas edilib.

Xilasetmə qrupları tərəfindən eyvandan girilərək çıxarılan ana və oğul sağlamlıq qruplarının nəzarəti altında Malatya Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Evdə qaldıqları müddətdə anasına baxan təqaüdçü müəllim olduğunu öyrənən Hanifi Akgün anası ilə iki dəfə böyük zəlzələ yaşadıqlarını bildirib.