ANAMA-nın Qarabağdakı idarələrinə həkim qəbulu elan edilib

15:34 15.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Səhiyyə Nazirliyi həkimlərin işə qəbulu ilə bağlı elan verib.

Hafta.az xəbər verir ki, məlumatda qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərdə təmizləmə əməliyyatlarının miqyasının genişləndiyini nəzərə alaraq, təhlükəsizliyin təmin olunması və baş verə biləcək bədbəxt hadisələrin qarşısının vaxtında alınması üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) yenidən formalaşdırılacaq regional idarələrin (Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd (Ağoğlan), Ağdam, Şuşa, Tərtər, Kəlbəcər, Laçın) tərkibində fəaliyyət göstərəcək həkimlər aşağıdakı vəzifələr üzrə işə dəvət olunurlar:

- həkim-terapevt

 təcili yardım üzrə həkim

- həkim-anestezioloq-reanimatoloq

- həkim-travmatoloq-ortoped

- həkim-ümumi cərrah