Anqolanın və Malavinin vitse-prezidentləri Azərbaycana gəliblər - FOTO

18:11 10.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Anqola Respublikasının vitse-prezidenti Esperança da Kosta BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 10-da Azərbaycan Respublikasına səfərə gəlib.

Hafta.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Esperança da Kostanı Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.