Antiterror əməliyyatı zamanı ağır yaralanan hərbçimiz vəfat edib

19:58 07.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi zonasında həyata keçirilən antiterror əməliyyatı zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti leytenant Bağırov Ülvi Hənifə oğlu 07 aprel 2024-cü il tarixində müalicə olunduğu tibb müəssisəsində vəfat edib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, Müdafiə Nazirliyinin rəhbərliyi şəhid zabitimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət etsin!

Siyasət rubrikasından digər xəbərlər