AQTA Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürdü

19:15 23.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat vəsait köçürüb.

AQTA-dan hafta.az-a verilən məlumata görə, agentliyin tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) publik hüquqi şəxsi tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat məbləğində vəsait köçürülüb.

Bəşəriyyətin koronavirusa qarşı mübarizə apardığı bu dövrdə Agentliyin kollektivi də xalqımızla həmrəydir.