AQTA-nın Çağrı Mərkəzi fasilələrlə öz fəaliyyətini davam etdirəcək

13:30 04.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003-Çağrı Mərkəzi yeni elektron sistemin tətbiqi ilə əlaqədar olaraq 4 aprel 2020-ci il tarixdə, saat 18:00-dan 21:00-dək fasilələrlə öz fəaliyyətini davam etdirəcək.

AQTA-dan hafta.az-a verilən məlumata görə, vətəndaşlardan mövcud vəziyyəti nəzərə almaqla, həmin müddət ərzində müraciətlərini onlayn şəkildə AQTA-nın rəsmi saytı (www.afsa.gov.az) və ya qurumun rəsmi "Facebook" səhifəsi vasitəsilə (facebook.com/afsa.gov.az) göndərmələri xahiş olunur.