Cütlüklər arasında yaş fərqi çoxlu müzakirələrə səbəb olan mövzudur. Bu məsələdə bəziləri üçün sevginin əsas olması önəmlidir, digərləri üçünsə maddi və şöhrətdən dolayısı yaranan saxta izdivacdır.
Hafta.az bu məqalədə aralarında çox böyük yaş fərqli olan Hollivud cütlükləri barədə söz açacaq:

Çeninq Tatum - İnka Uilyams
Çeninq Tatum və Zoy Kravitz ayrıldıqdan sonra pərəstişkarları onun dərhal yeni münasibətə başlayacağını gözləmirdilər. Ancaq tezliklə aktyor yeni bir münasibətə girdi. Tale 44 yaşlı aktyoru özündən 19 yaş kiçik - 25 yaşlı model İnka Uilyamsla bağlayıb. Məlumatlara görə, yaş fərqi sevgililəri qətiyyən narahat etmir. Mənbələr "İnka onu xoşbəxt edir" deyir.

Bredli Kuper - Cici Hadid
50 yaşlı aktyor Bredli Kuper israr edir ki, 29 yaşlı model sevgilisi Cici Hadidlə 21 yaş fərqinə baxmayaraq harmonik münasibətdədirlər. Cici deyir: "Bu, yaşla bağlı deyil, partnyorunuza öhdəlik götürməyə hazır olmaqdır. Düşünürəm ki, bir əlaqədə nə istədiyinizi və nəyə layiq olduğunuzu anlayacağınız bir nöqtəyə gəlməlisiniz. Sonra həyatın bu nöqtəsində birini tapmaq, hər ikinizin ən yaxşı cütlük olmaq üçün birlikdə işləməyə başlamağınız vacibdir".

Maria Karey - Anderson Paak
Mariah Karey və Anderson Paak arasındakı münasibət sevginin heç bir sərhədinin olmadığının parlaq nümunəsidir. Pop ulduzu ilə prodüser arasında 17 illik böyük yaş fərqinə baxmayaraq, onlar bir-birlərini rahat hiss edirlər və onları yaradıcılığa əsl sevgi birləşdirir.
“Cütlüyün münasibəti studiyada, yeni musiqilər üzərində birlikdə işləyərkən başlayıb və tezliklə romantik münasibətə çevrilib”, - deyə insayderlər qeyd edirlər.

Nik Konas və Priyanka Çopra
Priyanka Çopra israr edir ki, ərinin özündən 10 yaş kiçik olması hər kəsi narahat edir, lakin bunun onların özləri üçün heç bir əhəmiyyəti yoxdur. Çünki Nik Konas 6 illik evliliyi zamanı ona dəfələrlə sübut edib ki, o, yetkin və ciddi münasibətə hazırdır.
"Mən sabitlik istəyirdim və ilk görüşümüzə gedənə qədər Nikə layiq olduğu krediti vermədim. Bütün axşamı birlikdə keçirdik və anladım ki, sevgilimin ürəyi və ağlı onun yaşından çox böyükdür. O, mənim üçün insan formasında sabitlikdir".

Ceyson Momoa - Adria Arkona
Aktyor Ceyson Mamoa bu yaxınlarda özündən 10 yaş böyük Liza Bonetlə evlənib. Təəssüf ki, onların evliliyi xoşbəxt sonluqla bitmədi. Aktyorun yeni sevgilisinin cəmi 32 yaşı olduğa halda, özünün 45 yaşı var. Bu əlaqənin nə qədər davam edəcəyi qeyri-müəyyəndir. Amma Hollivudda hər şey mümkündür.

Bleyk Layvli - Rayan Reynolds
Bleyk Layvli və Rayan Reynolds ən sevimli məşhur cütlüklərdən biridir. Aktyorlar arasında 11 yaş fərq olsa da, münasibətləri qarşılıqlı anlaşma və səmimi sevgi üzərində qurulub. Üstəlik, bu cütlüyün o qədər ortaq cəhətləri var ki, onlar bu fərqi artıq unudublar:
"Həyat yoldaşımla mən hər şeyi birlikdə etməyə üstünlük veririk. Evimiz üçün əşyalar seçməkdə mənə kömək etməyi sevir, bütün yemək təcrübələrimlə maraqlanır. O deyir ki, hazırladığım bütün yeməkləri sevir... Biz bir-birimizə rollara hazırlaşmağa kömək edirik. Sevdiyiniz insanla həyat yoldaşı olmaq heyrətamizdir", - Bleyk deyir.

Leonardo Di Kaprio - Vittoria Ceretti
Hollivud ulduzu, 50 yaşlı Leonardo Di Kaprionun yeni sevgilisi 26 yaşlı Vittoriya onu rekord vurmağa məcbur edib. Yaş fərqinə baxmayaraq, cütlüyün hələ boşanmaq niyyəti yoxdur və onların münasibətlərinin əbədi olub-olmayacağını zaman göstərəcək.