Ararat Mirzoyan Nulandla Qarabağı müzakirə edib

13:16 03.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandla Vaşinqtonda görüş keçirib.

Hafta.az xəbər verir ki, görüşdə Qarabağdakı vəziyyət müzakirə edilib. 

Ermənistan XİN başçısı ATƏT-in Minsk Qrupunun fəaliyyətinin bərpasından söz açıb və bunun "vacibliyini" vurğulayıb.

Qeyd edək ki, Mirzoyan Vaşinqtonda səfərdədir. O ötən gün ABŞ dövlət katibi Entoni Blinkenlə də görüşüb.