Araz çayında biri uşaq olmaqla 2 nəfər batıb

15:49 11.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə İmişli rayonunun Şahverdili kəndi ərazisindən keçən Araz çayında biri uşaq olmaqla 2 nəfərin batması barədə məlumat daxil olub.

Nazirlikdən hafta.az-a bildirilib ki, Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.