Möhtərəm cənab Prezident.
Bildiyimiz kimi bütün dünyada sərhəd tanımayan böyüyü, kiçiyi amansızcasına cənginə almış koronavirus virusu bəşəriyyəti sınaq qarşısında qoyub. Dünyanın inkişaf etmiş ölkələri belə təlatüm içində amansız xəstəlik ucbatından xalqının ölümünü seyr edir. Bu acınacaqlı vəziyyətdə Sizin uzaqgörən siyasətiniz və humanist addımlarınız, operativ şəkildə gördüyünüz işlər, ölkədə hər bir sahəni düşünərək qəbul etdiyiniz düzgün qərarlar, xalqın sosial rifahının yaxşılaşdırılması məqsədilə ard-arda verdiyiniz Sərəncamlar, bir sözlə Azərbaycan xalqının Sizin üçün hər şeydən üstün olduğunu bir daha sübut etdi. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa bir ana kimi çağırışı ölkə əhalisində xəstəliyə qarşı, mənəvi-psixoloji ruh yüksəkliyi yaratdı. Hər zaman xalqımıza dayaq olduğunuz üçün, həm bir sahibkar kimi öz adımdan, həm də bütün beyləqanlılar adından Sizə təşəkkür edir, bu şərəfli yolda, ölkəmizin uğurlu gələcəyi naminə gördüyünüz bütün işlərdə Azərbaycan xalqının mənafeyini hər şeydən üstün tutduğunuz üçün Sizə və silahdaşınız Mehriban xanıma tükənməz müvəffəqiyyətlər arzulayıram. Allah Sizi və ailənizi qorusun.
Dərin hörmət və ehtiramla,
Hüseynov Vidadi İsa oğlu - Şəhid atası, “Şəhid Cabir” KFT MMC-nin direktoru