Yazını böyüt
Yazını kiçilt
Argentinanın ölkəmizdəki səfirliyinin diplomatları Bakıda yerləşən Rus Pravoslav Kilsəsini ziyarət ediblər.
Hafta.az-ın yazdığına görə, bərpa işlərindən sonra baş tutan ziyarət zamanı, argentinalı diplomatlar Azərbaycan Rus Yeparxiyasının arxiyepiskopu Aleksandr Ata ilə görüşüblər.

Söhbət zamanı Aleksandr Ata Rus Pravoslav Kilsəsinin tarixi, fəaliyyəti və sair haqda geniş məlumat verib. Tərəflər olduqca maraqlı və xoş ab-havada keçən görüş zamanı hər iki ölkədə yaşayan icmalar fəaliyyətindən, o cümlədən indi və gələcəkdə görüləcək işlərlə bağlı məlumat mübadiləsi aparıblar.