Arvadını öldürən şəxsin ittiham oldunduğu maddə ağırlaşdırılıb

17:42 10.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda qadını qətlə yetirən şəxsin cinayət işi üzrə ittihamı ağırlaşdırılıb.

Bu barədə hafta.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 4-də Xətai rayonu ərazisində Nahidə Həsənovanın qəsdən öldürülməsi faktı ilə bağlı başlanan cinayət işi üzrə təqsirləndirilən şəxs Orxan Alıyevin əməli Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən həmin Məcəllənin 120.2.4-cü maddəsinə tövsif edilib.

Hazırda istintaq davam edir.