Yazını böyüt
Yazını kiçilt
Avstraliyalı fəal və WikiLeaks-in qurucusu Culian Assanjın atası Con Şipton deyib ki, ABŞ özü haqqında həqiqəti sevmir və qəbul etmir. O, bu barədə RİA Novosti ilə söhbətində bildirib.
O qeyd edib ki, Vaşinqton “həqiqəti dərc etdiyinə görə Culiana qarşı çox sərt addımlar atıb”. Bundan əlavə, agentliyin həmsöhbəti xatırladıb ki, əsgər və ABŞ kəşfiyyatının keçmiş analitiki Çelsi Menninq məxfi məlumatları sızdırdığına görə 35 il azadlıqdan məhrum edilib, MKİ-nin keçmiş əməkdaşı Edvard Snouden isə Rusiyadan sığınacaq almağa məcbur olub. “Beləliklə, onların dərc olunması ilə bağlı həqiqəti qəbul etmədikləri aydındır. Onlar özləri haqqında həqiqəti sevmirlər "deyib Shipton.