Ata və azyaşlı qızı dəm qazından zəhərləndi

17:09 23.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə dəm qazından zəhərlənmə ölümə səbəb olub.

 

Hafta.az xəbər verir ki, şəhər sakini, 1989-cu il təvəllüdlü Ruslan Atamov və onun qızı 2018-ci il təvəllüdlü Fatimə Atamova yaşadıqları mənzildə dəm qazından zəhərləniblər.

 

Hadisə nəticəsində R.Atamov dünyasını dəyişib. Azyaşlı qız xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 20